Paylaş

"Holberton School Azerbaijan" İT məktəbində ilk "Məzun günü" qeyd edilib.

04 iyul 2024

Xəbərlər

4 iyul tarixində "Holberton School Azerbaijan" İT məktəbindən ilk dəfə "Məzun günü" qeyd edilib.
Tədbirin açılış mərasimində Paşa Holdinqin İnnovasiyalar Proqramının Rəhbəri Fərrux Əli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəqəmsal və biznes transformasiyası üzrə baş mütəxəssis Elnur Məmmədli, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova, İT məktəbinin qlobal direktoru Florian Buçer, Holberton School Azərbaycanın direktoru Şəmsi Bayramzadə çıxış ediblər, məzun olan gənclərə uğurlar arzulayıblar.
Açılış nitqindən sonra İT məktəbinin fəaliyyətini və məqsədini izah edən video-çarxlar təqdim edilib. Daha sonra İT məktəbinin məzunları səhnədə diplomla təltif olunub.
Qeyd edək ki, dünyanın 20-dən çox ölkəsində, ümumilikdə 34 şəhərdə fəaliyyət göstərən "Holberton School" ötən il Bakıda "Holberton School Azerbaijan" adı ilə fəaliyyətə başlayıb.