Paylaş

Azərbaycan və Türkiyə şirkətləri arasında B2B görüş baş tutub.

17 iyul 2024

Xəbərlər

17 iyul tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və OSTİM Organize Sanayi Bölgesinin (OSB) birgə əməkdaşlığı çərçivəsində 30-a yaxın inşaat və inşaat sektoruna aid avadanlıqların (makinaların) istehsalı ilə məşğul olan şirkətlərin Bakıya işgüzar səfəri baş tutub.
Tədbirin rəsmi hissəsində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Hikmət Məmmədov, İş və İnşaat Makinaları Kümelenmesi sədri Ayşe Saraçoğlu və Ostim Sanayi Bölgesinin xarici ticaret koordinatoru Esma Akyüz çıxış edib.
Rəsmi hissədən sonra yerli və türk iş adamları arasında B2B görüş reallaşıb.
Bakı KOB Evində həyata keçirilən görüşdə ümumilikdə 100-ə yaxın yerli, 30 türk iş adamı iştirak edib.