Paylaş
Amerika bazarına çıxış imkanları
02 noyabr 2023
Xəbərlər
9 noyabr tarixində KOBSKA-nın təşkilatçılığı ilə “Amerika bazarına çıxış imkanları” mövzusunda 1-ci infosessiya keçiriləcək.
İnfosessiyanın əsas məqsədi yerli moda dizaynerlərini və geyim istehsalçılarını bir araya toplamaq və “Amerika bazarına çıxış imkanları” barədə məlumatlandırmaqdır.
Məlumatlandırıcı sessiya aşağıdakı mövzuları əhatə edəcəkdir:
1.ABŞ bazarında biznes, şəxsi brend və imicin yaradılması;
2.Populyar ABŞ “Marketplace və Department Store” şəbəkələrində satışın təşkil olunması;
3.Potensial idxalçı və partnyorların axtarışı;
4.ABŞ “Fashion media” vasitəsi ilə brendin tanıdılması;
5.Ticarət markasının ABŞ-da qehydiyyatı;
6.ABŞ-a biznes vizanın alınmasında dəstək;
📌Qeyd edək ki, “Amerika bazarına çıxış imkanları” mövzusunda müxtəlif sektorlar üçün davamlı infosessiyaların keçirilməsi planlaşdırılır. Növbəti məlumatlandırıcı sessiya 14 noyabr saat 11:00 da keçiriləcək.
✅Qeydiyyatdan keçmək üçün:https://forms.gle/MQM2WPxStnTskcNdA
Məkan: Aşıq Molla Cümə 46 C
Tarix və saat: 9 noyabr saat 15:00
Digər xəbərlər

Bakıda Özbəkistan Ticarət Evinin açılışı oldu
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov mərasimdə çıxış edərək Özbəkistan Ticarət Evinin fəaliyyətinə uğurlar arzu edib. Orxan Məmmədov çıxışında son 1 ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfərlərini qeyd edib. Həmçinin ölkələr arasında ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdırıb.
Xəbərlər
01 dekabr 2023

Azərbaycanlı və türkiyəli iş adamları arasında “İş dünyası-100 ilin zirvəsi 2” biznes forum-sərgisi keçirilib.
KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostlukİşbirliği ve Dayanışma Vakfı (TADİV) təşkilatçılığı ilə “İş dünyası-100 İlin Zirvəsi” adlı biznes forum-sərgi baş tutub. Layihə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və TürkiyəRespublikasının 100 illiyinə həsr olunub.
Xəbərlər
22 noyabr 2023
KOBSKA ilə Ankara Ticarət Odası arasında əməkdaşlıq haqqında memorandum imzalandı.
KOB Subyektlərinin və Klublarının Assosiasiyası (KOBSKA) və Ankara Ticarət Odası arasında ticarət və biznes münasibətlərinin inkişaf etdirilməsi istiqamətində memorandum imzalandı. Memorandumu KOBSKA sədri Nigar Ələsgərova və Ankara Ticarət Odasının idarə heyətinin sədri Gürsel Baran imzalayıb.
Xəbərlər
21 noyabr 2023