Paylaş
Universitet-sənaye tərəfdaşlığı çərçivəsində dövlət və özəl qurumlar ilə görüş keçirilib.
13 iyun 2024
Xəbərlər
Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə 13 iyun tarixində Təhsilin İnkişafı Forumuna hazırlıq və universitet-sənaye tərəfdaşlığı çərçivəsində innovasiya ekosisteminin inkişafı məqsədilə Davamlı İnkişaf Mərkəzində dövlət və özəl sektor nümayəndələri və Tükiyənin “CATALYSADE Technology Transfer and Innovation Inc” şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş arasında görüş keçirilib.
Tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Təhsilin İnkişafı Forumun əsas məqsədi barəsində bəhs edib. O, qeyd edib ki, eyni görüş ötən gün ali təhsil müəssisələrinin nümayəndələri ilə də keçirilib.
Daha sonra “CATALYSADE Technology Transfer and Innovation Inc”şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş “Azərbaycanda İnnovasiya Ekosistemi” mövzusunda geniş təqdimatla çıxış edib. Spiker, ötən il baş tutan Təhsilin İnkişafı Forumunu misal çəkərək, bu il keçiriləcək sayca ikinci Təhsilin İnkişafı Forumda innovasiya ekosistemini inkişaf etdirməyə çalışacağımızı vurğulayıb.
Keçirilən görüşdə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova, dövlət və özəl qurumların rəhbər şəxsləri, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, STP Şirkətlər Qrupunun, “AzerGold” QSC-nin, “SABAH.HUB”ın, Professional IT şirkətinin, Azərbaycan Banklar Assosiasiyasının, ABB-nin, Kapital Bankın, “Azər Türk Bank”-ın və “Yellow Bank”ın səlahiyyətli nümayəndələri öz fəaliyyətləri barəsində məlumat verib, müzakirələrdə iştirak ediblər.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024