Paylaş

Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət Müşavirliyinin nümayəndələri KOBSKA ofisini ziyarət edib

09 oktyabr 2024

Xəbərlər

9 oktyabr tarixində Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət Müşavirliyinin nümayəndələri - Ahmet Erdal, Yakup Sefer və Murat Yaman Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Görüşdə KOBSKA-nın icraçı direktoru Əziz Məmmədov, "Gömrük təmsilçiliyi və Logistika" komitəsinin rəhbəri Vüsal Xəlilov, "Standartlaşma və Sertifikasiya" komitəsinin rəhbəri Vüsal Mahmudov, "Bilişim Vadisi"nin Azərbaycan üzrə rəhbəri Qamət Kərimov iştirak edib. Görüş müddətində assosiasiyanın fəaliyyəti, həyata keçirilmiş layihələr və gələcək perspektivlər barədə ətraflı məlumat verilib.
Həmçinin, görüşdə iki tərəf arasında birgə əməkdaşlıq imkanları müzakirə olunub.