Paylaş
"Türk Dövlətləri İqtisadi Forumu"-nun ərsəyə gəlməsində dəstəyi olan sponsor və dəstəkçilərlə görüş keçirildi.
10 may 2024
Xəbərlər
10 may tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının ofisində "Türk Dövlətləri İqtisadi Forumu"-nun ərsəyə gəlməsində dəstəyi olan sponsor və dəstəkçilərlə görüş keçirildi.
Görüşdə "Türk Dövlətləri İqtisadi Forumu"-nun nəticələri üzərindən müzakirələr aparıldı. Həmçinin, görüşdə sponsor və dəstəkçilər forum haqqında öz rəylərini bildirərək, növbəti dəfə keçirilməsi planlanan TCEF və digər layihələrdə əməkdaşlığa müsbət yanaşdıqlarını qeyd etdilər.
Görüşün sonunda tədbirin təşkilində dəstəyi olan şirkətlərə "Təşəkkürnamə"-lər təqdim edildi.
Qeyd edək ki, "Türk Dövlətləri İqtisadi Forumu" Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilaçılığı ilə həyata keçirilib. Forum haqqında daha detallı məlumat üçün www.kobska.az saytına keçid edə bilərsiniz.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024