Paylaş
“Ticarət və İxracat Forumu-2022” keçirildi.
30 noyabr 2022
Xəbərlər
KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə “Ticarət və İxracat Forumu-2022” (TEF-2022) 30 noyabr 2022-ci il tarixində Baku Marriott Boulevard Hoteldə baş tutdu.
Əsas məqsədi yerli və xarici ixracatçıların yeni bazarlara giriş imkanlarının genişləndirilməsi olan forum çərçivəsində “ixracatda və idxalatda dövlətin funksiyası”, “xarici bazarlar və onlara çıxış imkanları”, “ixrac və idxal təcrübəsi və mövcud modellər” mövzularını əhatə edən 3 panel keçirildi.
Forumda “ixracatda və idxalatda dövlətin funksiyası” mövzusuna həsr olunmuş birinci paneldə KOBİA-nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahid Bağcı, AZPROMO-nun icraçı direktorunun müavini cənab Zöhrab Qədirov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev çıxış etdi. KOBSKA-nın sədri Nigar Ələsgərovanın moderatorluğu ilə baş tutan paneldə dövlət siyasəti, perspektivlər və imkanlar haqqında təqdimatlar dinlənildi, sahibkarların sualları cavablandırıldı.
“Xarici bazarlar və onlara çıxış imkanları“ mövzusunda baş tutan ikinci paneldə isə Çin Respublikasının Azərbaycandakı Səfirliyinin Müşaviri Ma Chi, Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin Müşaviri Mahamadjon Botraliev, PAKAZCHAM prezidenti Khurram Javaid Bhatti, Qırğızıstan Respublikasının Azərbaycandakı Ticarət palatasının rəhbəri Zəfər Məmmədov çıxış etdilər. “İxrac və idxal təcrübəsi və mövcud modellər” panelinin müzakirəsində isə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin rəhbəri Qabil Əhmədov, “Novco” şirkətlər qrupunun rəhbəri Fərid Novruzi, “Horeca” MMC-nin həmtəsisçisi Könül Qaraşlı, İndart Holding – Azərbaycan İcraçı direktoru Rauf Rüstəmov, “STEM” Təhlil Mərkəzinin direktoru Orxan Yolçuyev öz təcrübələrini bölüşdülər.
Həmçinin tədbirdə KOB Subyektləri və Klublarının Assosiasiyası və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC arasında əməkdaşlıq memorandumu imzalandı.
Tədbirdə ümumilikdə müxtəlif sahədə fəaliyyət göstərən, ixracat və idxalatla məşğul olan 200-dən artıq sahibkar iştirak etdi.
Qeyd edək ki, forum ənənəvi xarakter daşıyır və hər il keçirilməsi nəzərdə tutulub.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024