Paylaş
Təhsil şirkətləri ilə TİF və 4SİM Azərbaycan arasında B2G görüş keçirilib.
06 iyun 2024
Xəbərlər
6 iyun tarixində Baku EduEXPO Beynəlxalq Təhsil sərgi-satış yarmarkası iştirak edən şirkətlər ilə Təhsilin İnkişafı Fondu və 4SİM Azərbaycan arasında görüş keçirilib.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova, 4SİM Azərbaycanın Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova, KOBSKA Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova və 20-dən çox şirkət iştirak edib.
Görüş müddətində Baku EduEXPO Beynəlxalq Təhsil sərgi-satış yarmarkasının yekun hesabatı üzərindən rəy və təkliflər dinlənilib və gələcəkdə keçirilməsi planlaşdırılan layihələrdə birgə əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin B2G formatında keçirilən görüşdə Təhsilinin İnkişafı Fondu, 4SİM Azərbaycan və şirkətlərin əməkdaşlığına dair müzakirələr aparılıb.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024