Paylaş
KOBSKA və Nestle şirkəti arasında işgüzar görüş keçirilib.
05 iyul 2024
Xəbərlər
5 iyul tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Nestle şirkəti arasında işgüzar görüş keçirilib.
Görüşdə may ayında keçirilən “Baku EduEXPO” 2024 Beynəlxalq Təhsil sərgi-satış yarmarkası yekun hesabatı müzakirə olunub. Daha sonra 23 iyulda ölkəmizdə ilk dəfə keçiriləcək "İFest" İnnovasiya və Texnologiya festivalı haqqında ətraflı məlumat verilib. Həmçinin, gələcəkdə icra olunacaq layihələrlə bağlı birgə əməkdaşlıq imkanları barəsində danışılıb.
Görüşün sonunda KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova Nestle şirkətinin Kateqoriyaların İnkişafı üzrə meneceri Fərhad Rüstəmzadəyə Baku EduExpo’24-ün həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024