Paylaş
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29`da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib
02 oktyabr 2024
Xəbərlər
2 oktyabrda Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və "Davamlı Gələcək Platforması"nın COP29`da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi baş tutub.
Tədbirin rəsmi açılış mərasimində açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova edib. Daha sonra tədbirin rəsmi qonaqlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov, "Davamlı Gələcək Platforması" təsisçisi, "Türk Dünyası Kənd Təsərrüfatı Birliyi"nin sədri Doğan Başaran, “Agriconnect Türkiye” rəhbəri Havva Olçum çıxış ediblər.
Rəsmi açılış mərasimindən sonra Havva Olçum COP29’da qurulacaq stend ilə bağlı ətraflı məlumat verib, sahibkarların KOBSKA və "Davamlı Gələcək Platforması"nın stendində təmsil olunmaq imkanları ilə bağlı danışıb.
Daha sonra sahibkarların, media nümayəndələrinin və digər tədbir iştirakçılarının sualları cavablandırılıb.
Təqdimatdan sonra çıxışlar davam edib. “Trendyol” şirkətinin Korporativ Kommunikasiyalar rəhbəri Süheyla Cəfərova, “İyi Gelecek Sürdürülebilirlik” Konsaltinq şirkətinin təsisçisi Aslı Pasinli, Prof. Dr. Levent Kurnaz öz fikirlərini bölüşüblər.
Məlumat üçün bildirək ki, tədbirə 150-yə yaxın iştirakçı qatılıb.
Təqdimatın sonunda çıxışçılar sahibkarları, media nümayəndələrini, iştirakçıları gələcəyimizi formalaşdırmaqda fəal olmağa dəvət edib.
Qeyd edək ki, “Trendyol” şirkəti COP29’da qurulacaq stendin baş sponsorudur.
Xatırladaq ki, dünyanın ən böyük qlobal tədbiri olan COP29 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024