Paylaş

KOBSKA-nın təşkilatçılığı ilə Türkiyədən gələn iş adamları Azərbaycanda səfərdə olub.

09 oktyabr 2024

Xəbərlər

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Türkiyədən gələn iş adamları Azərbaycanda səfərdə olub.
9 oktyabr tarixində Türkiyədən gələn iş adamları səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İnnovasiyalar Mərkəzi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini (İRİA) ziyarət edərək iş fəaliyyətləri ilə yaxından tanış oldular.
Görüşlər zamanı tərəflər arasında qarşıdakı layihələr, ortaq iş imkanları və potensial əməkdaşlıqlar barədə müzakirələr aparıldı.