Paylaş

KOBSKA-nın Təhsil Komitəsinin təşkilatçılığı ilə "Təhsildə İnnovasiya Dövrü" adlı növbəti görüş baş tutub.

16 aprel 2024

Xəbərlər

16 aprel tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Təhsil Komitəsinin təşkilatçılığı ilə "Təhsildə İnnovasiya Dövrü" adlı növbəti görüş baş tutub. Görüşdə təhsil sahəsində fəaliyyət göstərən sahibkarlarla Təhsil Komitəsinin fəaliyyəti müzakirə olunub, o cümlədən 24-25 may tarixlərində baş tutacaq Baku EduExpo layihəsi haqqında ətraflı məlumat verilib.
KOBSKA ofisində keçirilən görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) Baş Layihə Meneceri Gülnar Mirhüseynova, IDDA Kiçik və Orta Biznesin Rəqəmsallaşdırılması üzrə proqram rəhbəri Elturan Əhmədbəyli, KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova, Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova və 30-dan çox təhsil sektorunda fəaliyyət göstərən şirkətlər iştirak edirdi.