Paylaş
KOBSKA-nın komitə sədrləri və rəhbər heyəti "Mobil Group" şirkətində bir araya gəldi
19 sentyabr 2024
Xəbərlər
19 sentyabr tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) rəhbər heyəti və komitə sədrləri "Mobil Group" şirkətini ziyarət edib.
Görüş müddətində "Mobil Group" şirkətinin rəhbəri Vüsal Xəlilov şirkətin fəaliyyəti, görülən işlər haqqında ətraflı məlumat verib. Həmçinin komitə rəhbərləri ilə gələcək planların müzakirəsi və komitələrin əməkdaşlıq imkanlarının genişləndirilməsi barəsində danışılıb.
Baş tutan görüşdə KOBSKA-nın rəhbər şəxsləri, "Təhsil" komitəsinin sədri Aysel Gülməmmədova, "Standartlaşma və Sertifikasiya" komitəsinin rəhbəri Vüsal Mahmudov, "PR və Media" komitəsinin rəhbəri Dilşad Əhədova və "İnvestisiya" komitəsinin rəhbəri Mübariz Şahbazlı, Biznes TV-nin direktoru Amil Mahmudov iştirak ediblər.
Qeyd edək ki, Mobil Group KOBSKA-nın xüsusi üzvüdür. Həmçinin Vüsal Xəlilov KOBSKA-nın "Gömrük təmsilçiliyi və Logistika" komitəsinin sədridir.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024