Paylaş
KOBSKA-nın komitə rəhbərləri ilə görüş keçirilib
12 sentyabr 2024
Xəbərlər
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) komitə rəhbərləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi KOBSKA-nın son aylarda həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsi, gələcək planların müzakirəsi və komitələrin əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Baş tutan görüşdə KOBSKA-nın İdarə Heyətinin sədri və rəhbər şəxsləri, "Təhsil" komitəsinin sədri Aysel Gülməmmədova, "Gömrük təmsilçiliyi və Logistika" komitəsinin rəhbəri Vüsal Xəlilov, "Standartlaşma və Sertifikasiya" komitəsinin rəhbəri Vüsal Mahmudov, "Vergi və Mühasibatlıq" komitəsinin rəhbəri Elşad Ağahəsənov, "PR və Media" komitəsinin rəhbəri Dilşad Əhədova və "İnvestisiya" komitəsinin rəhbəri Mübariz Şahbazlı, Biznes TV-nin direktoru Amil Mahmudov iştirak ediblər.
Görüş müddətində KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova KOBSKA-nın son 8 ayda gördüyü işlər barəsində ətraflı məlumat verib. O, qeyd edib ki, Assosiasiya bu müddət ərzində kiçik və orta sahibkarların inkişafı üçün müxtəlif layihələr həyata keçirib.
Daha sonra komitə rəhbərləri öz təkliflərini irəli sürərək KOBSKA-nın illik fəaliyyət planı barəsində müzakirələr aparıblar. Təhsil şirkətləri ilə əlaqələrin genişləndirilməsi, şirkətlərin gömrük, standartlaşma və sertifikasiya, vergi və mühasibatlıq məsələləri, PR və medianın sahibkarlarla daha sıx əməkdaşlığı, investisiya cəlbi ilə bağlı strategiyaların genişləndirilməsi kimi müvafiq təkliflər müzakirələrdə öz əksini tapıb. Həmçinin görüş zamanı komitə rəhbərləri birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi ediblər.
Bu görüş KOBSKA-nın gələcək fəaliyyəti üçün əhəmiyyətli addımlardan biridir, çünki qəbul edilən qərarlar kiçik və orta sahibkarların qarşısında duran çətinliklərin aradan qaldırılmasına və onların inkişafına yönəldilib.
Qeyd edək ki, görüş 12 sentyabr tarixində KOBSKA ofisində baş tutub.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024