Paylaş
KOBSKA ilə "ATİB" arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
25 sentyabr 2024
Xəbərlər
Sentyabrın 25-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin ofisində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova və icraçı direktoru Əziz Məmmədov ilə görüş keçirilib.
Təşkilatın məqsədinin sahibkarlar arasında korporativ münasibətlərin inkişaf etdirilməsi, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma qismində çıxış etmək olduğunu qeyd edən Nigar Ələsgərova hazırda KOBSKA-nın fəaliyyətini əsasən biznes forumları, sahibkarlar üçün müxtəlif səpkili təlim və seminarlar, sosial layihələr, eləcə də B2B, B2C, B2G və B2İ formatlı görüşlərin təşkili yolu ilə həyata keçirdiyini bildirdi. Assosiasiyanın hazırda bütün gücünü yerli sahibkarların tələblərini qarşılamaq, insan kapitalına yatırım və yeni texnologiyaların tətbiqinə sərf etdiyini vurğulayan sədr Azərbaycan-Türkiyə İş Adamları Birliyi ilə tərəfdaşlığın da bu yönümdən faydalı olacağına ümid etdiklərini bildirib.
ATİB-in yarandığı gündən etibarən iki qardaş ölkənin nümayəndələri olan üzvlərinin bizneslərini ayrı-seçkiliyə yol vermədən, bərabər imkanlar yaradaraq təşviq etdiyini, onlarla hökumət və vətəndaş cəmiyyəti arasında körpü olmağa, hər iki ölkənin sosial, mədəni və iqtisadi inkişafına dəstək olmağa çalışdığını qeyd edən Mürsəl Rüstəmov ölkə iqtisadiyyatının və sahibkarlığının inkişafına töhfə verməyə səy göstərən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası kimi bir qurumla birgə fəaliyyətin Birliyin üzvlərinə də faydalı olacağından əmin olduğunu dilə gətirib.
Görüşün sonunda iki qurumun tərəfdaşlığının səmərəli olacağı barədə ortaq fikrə gələn tərəflər əməkdaşlıq memorandumunun imzalanması barədə qərar qəbul edib.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024