Paylaş
"International Hardware Fair India 2024" sərgisi keçiriləcək.
04 oktyabr 2024
Xəbərlər
Sahibkarların nəzərinə, Sizi, unikal bir sərgiyə qatılmağa dəvət edirik!
"International Hardware Fair India 2024" sərgisi keçiriləcək.
Bu sərgi, ən son texnologiyalar, məhsullar və avadanlıqlarla tanış olmaq, həmçinin yeni tərəfdaşlarla görüşmək üçün böyük bir fürsətdir. Burada istehsalçılar, satıcılar və xidmət təminatçıları ilə əlaqələr quraraq biznesinizi genişləndirə bilərsiniz.
Kiçik və Orta Biznes Subyektlləri və Klublarının Assosiasiyası (KOBSKA) bu sərgidə bir qrup sahibkarla birlikdə iştirak edəcək. Sərgiyə qatılaraq, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə tanış olmaqla, yeni iş əlaqələri qura və biznesiniz üçün yeni imkanlar əldə edə bilərsiniz.
Sərgidə aşağıdakı sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edə bilər: • Elektrik alətləri • Kəsmə və qaynaq avadanlıqları • Tikinti materialı avadanlığı • Avtomobil təchizatları və aksesuarları • Bağ avadanlıqları • Santexnika • Boya və aksesuarlar • Sənaye xidmətləri • Bina və mebel fitinqləri • Hamam avadanlıqları və fitinqlər
Təklif olunan xidmətlər: • Otel (2 gecə 3 gün, səhər yeməyi daxil) • Sərgidə iştirak • Gediş-dönüş aviabiletlərinə kompensasiya (Ekonom sinif) • Hava limanı və otel arasında transfer • Sərgi mərkəzi və otel arasında transfer
Əgər sərgiyə ziyarətçi qismində qatılmaq istəyirsinizsə, qeydiyyatdan keçin.
Qeydiyyat linki: https://bit.ly/3BxT6gS
Qeyd edək ki, sərgi 06-08 dekabr 2024 tarixində Praqati Maydan, Yeni Dehlidə baş tutacaq.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024