Paylaş
International Agro Business Forum-2024
30 oktyabr 2023
Xəbərlər
KOBSKA və AGRO TV Azərbaycanın birgə təşkilatçılığı ilə “International Agro Business Forum-2024” layihəsi həyata keçiriləcək.
20-21 fevral 2024- cü il tarixində baş tutacaq forumun yenidən keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, investorların Azərbaycana cəlb olunması və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılmasıdır. 2024-də həyata keçiriləcək forum ötən ilkinə nisbətən daha böyük formatda və daha maraqlı proqramla təşkil olunacaq.
Layihə müddətində dövlət rəsmilərinin çıxışı, Azərbaycanın və eləcə də dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin, dövlət qurumlarından olan nümayəndələrin iştirakı ilə təşkil olunan panellərdə sektorun gündəminin müzakirə olunması, B2B görüşlərin və konfransın keçirilməsi, biznes əlaqələrinin qurulması planlaşdırılıb. Forumda bir çox ölkələrdən nümayəndələrin və investorların iştirakı nəzərdə tutulur. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) layihənin tərəfdaşı qismində çıxış edəcəkdir.
Nəzərinizə çatdıraq ki, 2023-cü il 28 fevral-01 mart tarixlərində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum2023" forum-sərgisi baş tutub. Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.
Qeydiyyatdan keçmək üçün: https://forms.gle/4PKzrPhBEoWz8xx29
Əlaqə üçün: +994 51 230 3935
Məkan: Baku Marriott Boulevard Hotel
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024