Paylaş
"İnternational Agro Business Forum-2023"keçirildi.
28 fevral 2023
Xəbərlər
28 fevral 2023-cü il tarixində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum-2023" forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılmasıdır.
Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin müavin Elçin Zeynalov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Emin Hacıyev , FAO Azərbaycan Nümayəndəsinin köməkçisi Bariz Mehdiyev, KOB Subyekləri Və Klubların Assosiasiyasının sədri Nigar Ələsgərova və “Agro Tv Turkiyə &Azerbaijan” rəhbəri Doğan Başaran çıxış edərək ölkəmizdə aqrar sahənin geniş inkişaf imkanlarından, gələcək perspektivlərindən və iqtisadi gücün artırılmasındakı mühüm rolundan bəhs ediblər.
Azərbaycanın və eləcə də dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin, dövlət qurumlarından olan nümayəndələrin iştirakı ilə təşkil olunan 5 müxtəlif paneldə sektorun gündəmi müzakirə edilib, iştirakçıları maraqlandıran suallara cavablar verilib. Qeyd edək ki, Forumun sərgi hissəsində aqrar sahədə fəaliyyət göstərən 45-dən artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdiriblər. Tədbir zamanı intensiv B2B və B2C görüşlər də keçirilib.
Onu da vurğulayaq ki, Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, , Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.
Digər xəbərlər

KOBSKA APA Groupa mükafat təqdim edib
KOB Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) Bakıda keçirilən “İnternational Agro Business Forum– 2023” tədbirində göstərdiyi media dəstəyinə görə APA Groupa mükafat təqdim edib.
Xəbərlər
14 mart 2023

“Qadın gündəliyi’’ – Milli Dialoq Platformasının İctimai Təqdimatı keçirilib
7 mart, 2023 tarixində Azərbaycanda “Qadın Gündəliyi” – Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib.
Xəbərlər
07 mart 2023

KOBSKA – nın sədri CBC FM- ə qonaq oldu.
CBC FM-də qonaq olan KOBSKA-nın sədri Nigar Ələsgərova "Qardaş köməyi" platforması, "Beynəlxalq Aqro Biznes Forum-2023" və KOBSKA-nın gələcək planları haqqında məlumat verib.
Xəbərlər
22 fevral 2023