Paylaş
"İFest" festivalı çərçivəsində qeydiyyatdan keçən startapların seçimi həyata keçirilib.
15 iyul 2024
Xəbərlər
15 iyul tarixində "İFest" - innovasiya və texnologiya festivalı çərçivəsində fəaliyyət göstərən Startapların Qiymətləndirilməsi Komissiyası qeydiyyatdan keçən startapların seçimini həyata keçirib.
Komissiyanın tərkibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) icraçı direktoru Əziz Məmmədov, Vizam.az şirkətinin təsisçisi və direktoru Baba Ağayev, "Divida Mələk İnvestorlar Klubu"nun qurucu partnyoru və rəhbəri Mübariz Şahbazlı və "Bilişim Vadisi" - Azərbaycan üzrə rəhbəri Qamət Kərimovdan ibarətdir.
Festival 23 iyul tarixində Baku Marriott Boulevard Hotel-də baş tutacaq.
Qeyd edək ki, silsiləvi xarakter daşıyan festival bu il COP 29`a həsr olunur və “Yaşıl texnologiya-yaşıl dünya naminə” şüarı altında, ölkənin ilk bankı Kapital Bankın baş sponsorluğu ilə keçirilir.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024