Paylaş
“Güb TALKS” görüşlərinə start verilib
04 oktyabr 2024
Xəbərlər
4 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) dəstəyi ilə “Güb TALKS” görüşlərinə start verilib.
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan görüşlər müxtəlif sektorları təmsil edən investorları bir araya gətirərək “TUSİ 2C” inkubasiya proqramlarında iştirak edən startap layihələrini tanıtmaq, onların inkişafını dəstəkləmək və investisiya imkanlarını genişləndirmək məqsədi daşıyır.
“Güb TALKS: HealthTech” adı altında keçirilən ilk görüşdə tibb sahəsində fəaliyyət göstərən investorlar, texnologiya həvəskarları və startapçılar iştirak ediblər. Tədbir zamanı “Gələcək üçün bacarıqlar” layihəsinin “TUSİ 2C” inkubasiya proqramının iştirakçısı “ABC” startapı innovativ layihəsini təqdim edib.
“ABC” startapı insanların sağlamlıq idarəetməsini təkmilləşdirmək məqsədilə yaradılıb və səhiyyə texnologiyaları sahəsində yenilikçi həllər təklif edir.
Görüşün sonunda startapçılar və sahibkarlar arasında işgüzar əlaqələrin qurulması məqsədilə netvörkinq sessiyası təşkil olunub ki, bu da gələcəkdə potensial əməkdaşlıqlar üçün zəmin yaradır.
“Gələcək üçün bacarıqlar” layihəsinin əsas məqsədi innovasiya sahəsində kadr potensialını artırmaq və innovativ fəaliyyətləri dəstəkləməkdir. Layihə çərçivəsində tələbələrə innovativ ideyaların inkişafı üçün dəstək verilir və onların ölkəmizin texnoloji tərəqqisinə töhfə verəcək kəşflər və ixtiralar sahəsinə yönəldilməsi prioritet olaraq seçilib.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024