Paylaş
"COP29-la bağlı beynəlxalq təşəbbüslər" qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib
18 sentyabr 2024
Xəbərlər
18 sentyabr tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində "COP29-la bağlı beynəlxalq təşəbbüslər" böyük və orta qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova, həmçinin müsabiqədə qalib olan QHT rəhbərləri və nümayəndələri, o cümlədən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova görüşdə iştirak ediblər.
Baş tutan görüşdə müsabiqənin qalibləri təbrik edilib, onların layihələrinin əhəmiyyəti və təsiri müzakirə olunub. Həmçinin tədbir müddətində qaliblərin sualları cavablandırılıb və layihələrdən gözləntilər aydın şəkildə ifadə olunub.
Bu tədbir, ölkəmizin iqlim mübarizəsindəki strateji rolunu vurğulayan əhəmiyyətli bir addım oldu.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024