Paylaş
"BYF EduExpo 2022" təhsil sərgi-yarmarkası ziyarətçilərin böyük marağına səbəb oldu.
04 oktyabr 2022
Xəbərlər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə təhsil sərgi-yarmarkası – “BYF EduExpo 2022”-nin açılış mərasimi baş tutdu.
Açılışda AR Elm və Təhsil naziri cənab Emin Əmrullayev, KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədov, Türkiyənin Aərbaycandakı səlahiyyətli və fövqəladə səfiri cənab Doç. Dr. Cahit Bağcı, KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov, Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal çıxış etdilər.
50-ə yaxın şirkətin iştirak etdiyi sərginin məqsədi təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.
Sərgi çərçivəsində 5080-ə yaxın iştirakçı (məktəbli, tələbə, valideyn, müəllim və s.) xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə etdilər.
Qeyd edək ki, Sərginin baş sponsoru təhsil sahəsində daim innovativ layihələr həyata keçirən və müxtəlif istiqamətlərdə göstərdiyi fəaliyyətlərlə fərqlənən Anadolu Universiteti və Mini Boss Business School Beynəlxalq Təshil Şəbəkəsidir. Sponsorlar Beynəlxalq Təhsil Mərkəzi, İndigo Print House, Gədəbəy Mineral Sularının Slavyanka su brendi və “Hədəf” şirkətlər qrupudu.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024