Paylaş
“BYF EduExpo 2022” təhsil sərgi-yarmarkası keçirildi.
30 sentyabr 2022
Xəbərlər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə təhsil sərgi-yarmarkası – “BYF EduExpo 2022”-nin açılış mərasimi baş tutdu.
Açılışda AR Elm və Təhsil naziri cənab Emin Əmrullayev, KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədov, Türkiyənin Aərbaycandakı səlahiyyətli və fövqəladə səfiri cənab Doç. Dr. Cahit Bağcı, KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov, Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal çıxış etdilər.
50-ə yaxın şirkətin iştirak etdiyi sərginin məqsədi təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.
Sərgi çərçivəsində 5080-ə yaxın iştirakçı (məktəbli, tələbə, valideyn, müəllim və s.) xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə etdilər.
Qeyd edək ki, Sərginin baş sponsoru təhsil sahəsində daim innovativ layihələr həyata keçirən və müxtəlif istiqamətlərdə göstərdiyi fəaliyyətlərlə fərqlənən Anadolu Universiteti və Mini Boss Business School Beynəlxalq Təshil Şəbəkəsidir. Sponsorlar Beynəlxalq Təhsil Mərkəzi, İndigo Print House, Gədəbəy Mineral Sularının Slavyanka su brendi və “Hədəf” şirkətlər qrupudur.
Digər xəbərlər

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası baş tutdu.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçirildi.
Xəbərlər
24 sentyabr 2023

Amsterdamda Beynəlxalq Tekstil Sərgisi
27-29 mart 2024-cü il tarixlərində Hollandiyanın paytaxtı Amsterdamda “BeynəlxalqAmsterdam Tekstil Sərgisi” həyata keçiriləcək. Qeyd edək ki, cari sahədə Azərbaycandan moda dizaynerlərinin, tekstil ixracatçılarının, geyim markaları və moda brendləri nümayəndələrinin iştirakı Kiçik və Orta Biznes Subyektləri və Klublarının təşkilatçılığı ilə həyata keçiriləcək.
Xəbərlər
11 sentyabr 2023

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası keçiriləcək.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçiriləcək.
Xəbərlər
30 avqust 2023