Paylaş
Biznes fürsətləri bir arada! “International Business Festival 2023” biznes sərgisində!
18 aprel 2023
Xəbərlər
Biznes fürsətləri bir arada! “International Business Festival 2023” biznes sərgisində!
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) və KOB Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) birgə təşkilatçılığı ilə "IBF-2023" biznes sərgisi baş tutacaq. Sərgidə inşaat, qida, kənd təsərrüfatı və xidmət sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.
Hər zaman Azərbaycanda biznesin inkişafına dəstək olmuş Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin məqsədi ölkədə yerli sahibkarların, o cümlədən xarici iş adamlarının öz məhsul və xidmətlərini daha geniş kütləyə tanıtması, habelə B2B, B2C fürsətlərdən yararlanma imkanının təmin edilməsidir.
Sərginin media tərəfdaşları "Xəzər TV", "APA GROUP" və "Biznes Mərkəzi"-dir.
Sərgidə iştirak, qeydiyyat və ətraflı məlumat üçün:
(+994) 051 230 39 35
İnfo@kobska.az
Aşıq Molla Cümə küç. 44, Resant Office, 3-cü mərtəbə, 316 nömrəli ofis
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024