Paylaş
"Beynəlxalq Biznes Festival 2023"
26 may 2023
Xəbərlər
“International Business Festival-2023” biznes sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosisasiyasının (KOBSKA) və Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) birgə təşkilatçılığı ilə həyata keçirilən layihə 26 may tarixində start götürüb və 1 iyun tarixinədək davam edəcək.
Beynəlxalq Biznes Festivalın ( IBF-2023) açılış mərasimində Yasamal Rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Hüseyn Əfəndiyev, AR Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məzahir Əfəndiyev, Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova, Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) rəhbəri Şirin Şərifov o cümlədən digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Hər zaman Azərbaycanda biznesin inkişafına dəstək olmuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirin əsas məqsədi ölkədə yerli sahibkarların, o cümlədən xarici iş adamlarının öz məhsul və xidmətlərini daha geniş kütləyə tanıtması, eləcə də B2B, B2C fürsətlərdən yararlanma imkanının təmin edilməsidir.
“IBF-2023” biznes festivalda 26-28 may tarixlərində inşaat, xidmət, 30 may-1 iyun tarixlərində isə aqro, qida və xidmət sahələrini təmsil edən şirkətlərin sərgisi təşkil olunacaq.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024