Paylaş
“Beynəlxalq Aqro Biznes Forum-2024” keçirilib
24 fevral 2024
Xəbərlər
Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “Agro TV Azərbaycan”ın birgə təşkilatçılığı ilə “Beynəlxalq Aqro Biznes Forum-2024” keçirilib.
Tədbirə millət vəkilləri, dövlət rəsmiləri, QHT və şirkət nümayəndələri, investorlar, regionlardanfermerlər, ümumilikdə 900-dan çox iştirakçı qatılıb.
Forumdakı çıxışlarında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Türk Dövlətləri Təşkilatının Baş katibinin köməkçisi Ömər Kocaman, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə üzrə şöbə rəhbəri Muhammad Nasar Hayat, “İstanbul Gübrə Sanayi”nin baş direktoru İlkay Ünal, ECOSA və TSÜAB sədri Yıldıray Gençer, KOBSKA sədri Nigar Ələsgərova və “Agro TV”nin Azərbaycan və Türkiyə üzrə sədri Doğan Başaran kənd təsərrüfatı sahəsində perspektivlərə, bu sahədə türkdilli dövlətlər, o cümlədən Türkiyə və Azərbaycan arasında əlaqələrə dair fikirlərini bölüşüblər.
Forum çərçivəsində 30-a yaxın şirkətin məhsul və xidmətlərindən ibarət sərgi də təşkil olunub. Eyni zamanda 4 fərqli mövzuda panel müzakirələri keçirilib. Türkiyədən və digər ölkələrdən iştirak edən şirkətlərin təqdimatları da keçirilib.
Forum çərçivəsində həmçinin aqrar sahədə qabaqcıl şirkətlərin və dövlət rəsmilərinin iştirakı ilə sektorun gündəmində olan məsələlərin müzakirə olunduğu panel iclaslar və B2B görüşlər təşkil edilib. Yerli media ilə yanaşı Türkiyə mediasında da tədbir haqqında məlumatlar yayımlanıb.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024