Paylaş
“Beynəlxalq Aqro Biznes Forum-2024“ çərçivəsində 3-cü infosessiya keçirildi.
16 yanvar 2024
Xəbərlər
“Beynəlxalq Aqro Biznes Forum-2024“ çərçivəsində 3-cü infosessiya keçirildi. KOBSKA və AGRO TV Azərbaycanın birgə təşkilatçılığı ilə 16 yanvar tarixində Beynəlxalq Aqro Biznes Forumun 3-cü infosessiyası keçirilib.
İnfosessiyanın keçirilməsində əsas məqsəd layihənin əsas hədəf kütləsi olan əkinçilik, bağçılıq,suvarma, bostançılıq, kənd təsərrüfatı texnikaları, heyvandarlıq və.s kənd təsərrüfatı sferasından olan sahibkarları bir araya toplamaq, forumun əhəmiyyəti və perspektivləri barədə maarifləndirməkdir.
Ümumilikdə görüş aqrar və kənd təsərrüfatı sferasının müxtəlif aspektlərinə aid (əkinçilik, suvarma sistemləri, bağçılıq, heyvandarlıq, bostançılıq) 20 şirkət nümayəndəsinin iştirakı ilə baş tutdu. İnfosessiya nəticəsində görüşə qatılan sahibkarlar forumun şərtləri, iştirak qaydaları və onlar üçün yaradacağı imkanlar barədə ətraflı məlumatlandı, foruma dair rəy və təkliflərini bölüşdülər. Qeyd edək ki, fevral ayına qədər infosessiyaların davamlı keçirilməsi planlaşdırılır.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024