Paylaş
Beynəlxalq Aqro Biznes Forum-2024 1-ci İnfosessiya
01 noyabr 2023
Xəbərlər
KOBSKA və AGRO TV Azərbaycanın birgə təşkilatçılığı ilə 10 noyabr tarixində Beynəlxalq Aqro Biznes Forumun 1-ci infosessiyası həyata keçiriləcək. İnfosessiyanın keçirilməsində əsas məqsəd layihənin əsas hədəf kütləsi olan əkinçilik, bağçılıq, suvarma, bostançılıq, kənd təsərrüfatı texnikaları, heyvandarlıq və.s kənd təsərrüfatı sferasından olan sahibkarları bir araya toplamaq, forumun əhəmiyyəti və perspektivləri barədə maarifləndirməkdir.
İnfosessiyalar nəticəsində layihəyə qatılmaq istəyən sahibkarlar forumun şərtləri, iştirak qaydaları və onlar üçün yaradacağı imkanlar barədə ətraflı məlumatlanacaq və foruma dair suallarına cavab tapacaqlar.
Qeyd edək ki, fevral ayına qədər infosessiyaların davamlı keçirilməsi planlaşdırılır.
Qeydiyyatdan keçmək üçün: https://forms.gle/gV1bUbSZo398a5NV6
Məkan: Aşıq Molla Cümə 46 C
Tarix və saat: 10 noyabr saat 15:00
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024