Paylaş

“Beynəlxalq Aqro Biznes Forum-2024“ çərçivəsində 1-ci infosessiya keçirildi.

10 noyabr 2023

Xəbərlər

“Beynəlxalq Aqro Biznes Forum-2024 “ çərçivəsində 1-ci infosessiya keçirildi. KOBSKA və AGRO TV Azərbaycanın birgə təşkilatçılığı ilə 10 noyabr tarixində Beynəlxalq Aqro Biznes Forumun 1-ci infosessiyası həyata keçirildi.
İnfosessiyanın keçirilməsində əsas məqsəd layihənin əsas hədəf kütləsi olan əkinçilik, bağçılıq,suvarma, bostançılıq, kənd təsərrüfatı texnikaları, heyvandarlıq və.s kənd təsərrüfatı sferasından olan sahibkarları bir araya toplamaq, forumun əhəmiyyəti və perspektivləri barədə maarifləndirməkdir.
Ümumilikdə görüş aqrar və kənd təsərrüfatı sferasının müxtəlif aspektlərinə aid (əkinçilik, suvarma sistemləri, bağçılıq, heyvandarlıq, bostançılıq) 20 şirkət nümayəndəsinin iştirakı ilə baş tutdu.
İnfosessiya nəticəsində görüşə qatılan sahibkarlar forumun şərtləri, iştirak qaydaları və onlar üçün yaradacağı imkanlar barədə ətraflı məlumatlandı, foruma dair rəy və təkliflərini bölüşdülər. Qeyd edək ki, fevral ayına qədər infosessiyaların davamlı keçirilməsi planlaşdırılır.

Digər xəbərlər