Paylaş
"Beynəlxalq Biznes Festival 2023"
31 may 2023
Xəbərlər
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Biznes Festivalında kənd təsərrüfatı, qida və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin məhsulları təqdim edilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Şəhər və Yasamal Rayon icra hakimiyyətlərinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) təşkilatçılığı ilə Hüseyn Cavid Parkında keçirilən Beynəlxalq Biznes Festivalı davam edir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirin məqsədi yerli sahibkarların və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin məhsul və xidmətlərini daha geniş auditoriyaya tanıtmaq, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir.
İyunun 1-dək davam edəcək festivalda kənd təsərrüfatı, qida və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin məhsulları təqdim edilir. Mayın 26-dan start götürmüş sərginin ilkin mərhələsində isə inşaat sektoru üzrə məhsul və xidmətlər nümayiş olunub.
Festival çərçivəsində həmçinin, uğurlu iş adamlarının iştirakı ilə panel müzakirələr, təqdimat və konsert proqramı təşkil edilir.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Vüqar İskəndərov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sərgidə nümayiş olunan məhsul və xidmətlərlə tanış olublar.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024