Paylaş
“Baku EduEXPO” 2024 sərgisi keçirildi.
25 may 2024
Xəbərlər
Təhsilin İnkişafı Fondu (TİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Baku Design Academy-nin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə öyrənək" şüarı ilə “Baku EduEXPO” 2024 Beynəlxalq Təhsil sərgi-satış yarmarkası başa çatdı.
2 gün ərzində sərgidə iştirak edən hər bir şirkət öz fəaliyyətləri barəsində məlumat verdilər, həmçinin əyləncəli oyunlar, hədiyyəli yarışlar təşkil olundu. Tədbirin 2-ci gününə özəl olaraq spikerlər - Prof. Dr. Sinan Canan (Türk bioloq və sinir bilim mütəxəssisi) çıxışında özünü inkişafdan danışaraq, maraqlı müzakirələr aparıb iştirakçılardan gələn sualları cavablandırıb. Daha sonra Sami Kubuş çıxış edərək şirkətin fəaliyyət istiqamətlərindən, müxtəlif təlim layihələrindən danışıb. Qeyd edək ki, Sami Kubuş Türkiyədə Açık Beyin şirkətinin təsisçisidir. Spikerlərin çıxışından sonra tədbir əyləncəli konsert proqramı çərçivəsində məşhur müğənnilərin çıxışı ilə davam edib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, B2B və B2G əlaqələrin genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərin inkişafına dəstək olmaqdır.
Ümumilikdə 8000-ə yaxın ziyarətçinin qatıldığı sərgidə təhsil sektorunda fəaliyyət göstərən 30-dan çox şirkət və qurumlar iştirakçı qismində çıxış etdi.
Xatırladaq ki, tədbirin dəstəkçi şirkəti Nescafe-dir. Məlumat üçün bildirək ki, “Baku EduExpo” silsilə xarakteri daşıyır və iki ildən bir keçirilməsi planlaşdırılır.
Digər xəbərlər
Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024
Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq suyektlərinin rəhbərləri ilə görüşüb. Görüşün əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda qaçqın və məcburi köçkünlərin təhsil imkanlarının yaxşılaşdırılması və bu sahədə özəl sektorun rolunu artırmaqdır. Həmçinin, bölgədə maarifləndirmə tədbirləri və təqaüd proqramlarının təşkil edilməsi, gənclərə innovativ və texnoloji biliklərin öyrədilməsi müzakirə edilib.
Xəbərlər
16 oktyabr 2024
INSME-nin təsisçisi və "Rotary International" təşkilatının nümayəndələri KOBSKA ofisini ziyarət edib
11 oktyabr tarixində INSME-nin (Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkə) təsisçisi və "Innovation Business Development" (İnnovasiya Biznesinin İnkişafı) şirkətinin qurucusu və rəhbəri Dr. Hamsa Thota, eləcə də "Rotary International" təşkilatının nümayəndələri Bəhram Atabəyli və Nigar Atabəyli Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət ediblər.
Xəbərlər
11 oktyabr 2024