Paylaş
Bakıda Özbəkistan Ticarət Evinin açılışı oldu
01 dekabr 2023
Xəbərlər
Azərbaycan – Özbəkistan münasibətləri son illərin yeni inkişaf mərhələsini yaşayır və müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə davam edir. Bu özünü ticarət - iqtisadi münasibətlərdə də göstərməkdədir. Hazırda hər iki ölkə şirkətləri arasında geniş biznes mühiti formalaşıb və yeni layihələr üzrə tərəfdaşlıqlar reallaşır. Bu gün Bakıda açılışı baş tutan Özbəkistan Ticarət Evi də bu əməkdaşlığa təkan verəcək. Açılış mərasimində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aşrafxanov Baxrom Baxodiroviç, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, KOBSKA-nın sədri Nigar Ələsgərova, millət vəkilləri və digər rəsmi şəxslər iştirak ediblər.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov mərasimdə çıxış edərək Özbəkistan Ticarət Evinin fəaliyyətinə uğurlar arzu edib. Orxan Məmmədov çıxışında son 1 ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfərlərini qeyd edib. Həmçinin ölkələr arasında ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdırıb.
Özbəkistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aşrafxanov Baxrom Baxodiroviç burada yaradılan şəraiti yüksək dəyərləndirib, iki ölkənin iqtisadi əlaqələrinə böyük təsiri olacağına əminliyini ifadə edib. Eyni zamanda, səfir son 6 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin təxminən 9 dəfə artdığını vurğulayıb.
Özbəkistan Sənaye və Tikinti Materialları Assosiasiyasının investisiya, idxal və iqtisadiyyat üzrə müavini Raximov İlyos İkromovich xatirə hədiyyəsini Özbəkistan Ticarət Evinin təsisçi – direktoru Ramin Şərifova təqdim edib. O, isə öz növbəsində belə bir mərkəzin fəaliyyətə başlamasını Özbəkistan və Azərbaycan əlaqələrinin tarixində əlamətdar yer tutacağını bildirib:
“Bugünki açılış mərasimi onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Özbəkistanlı iş adamlarının Azərbaycana çox böyük maraq göstərməsi bizi sevindirir. Yaxın gələcəkdə azərbaycanlı iş adamları ilə Özbəkistana işgüzar səfər təşkil ediləcək. Səfərin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən istehsalçı şirkətlərin Özbəkistan bazarında fəaliyyətini təmin edərək, ixrac prosesinə tövhə verməkdir” – deyə Ramin Şərifov sözlərinə əlavə edib.
Özbəkistan Ticarət Evinin açılışına dəvət olunan qonaqlar sərgi salonu ilə də tanış olublar. Burada qonaqlara məlumat verilib ki, 10-dan çox sahəni (tikinti, elektronika, tekstil, məişət avadanlıqları, santexnika, dəri məhsulları və s.) əhatə edən məhsullar sərgilənməkdədir.
Qeyd edək ki, Özbəkistan Ticarət Evi həftənin altı günü xidmətinizdədir.
Ünvan: Bakı, Ağ Şəhər, Fəvvarələr 1 küçəsi
Telefon: (055) 200 59 11
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024