Paylaş
Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının müvafiq bəndlərinin nəticələri ilə bağlı ictimai müzakirə keçirilib.
11 avqust 2023
Xəbərlər
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.7 və 7.1.8-ci bəndlərinin müzakirəsi və təkliflərin hazırlanmasına dair görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Zaur İbrahimov, Azər Allahverənov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin Layihə və proqramlar şöbəsinin Beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq sektorunun müdiri Günay Mahmudova və qeyri-hökumət təşkilatlarının rəhbərləri-həmçinin KOBSKA-nın rəhbəri Nigar Ələsgərova və əməkdaşı Nilufər Abbasova iştirak ediblər. Görüşdə mövzu ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb. Yekunda qeyri-hökumət təşkilatlarının rəhbərləri, həmçinin KOBSKA-nın rəhbəri Nigar Ələsgərova öz suallarını vermiş və təkliflərini bildirmişlər.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024