Paylaş
“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası keçiriləcək.
30 avqust 2023
Xəbərlər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçiriləcək.
Tədbirin təşkilində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və onlar arasında əməkdaşlığın genişləndirilməsi, sahibkarların xidmət keyfiyyətinin yaxşılaşdırılması, əhalinin həssas qrupundan olan qadınlar və aztəminatlı ailələri təmsil edən vətəndaşların fəaliyyətinin dəstəklənməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Ümumilikdə layihədə 60-dan çox mikro və kiçik sahibkarlar (xüsusilə qadınlar) və özünüməşğulluq proqramı iştirakçısı olan vətəndaşların iştirakı nəzərdə tutulub. Layihəyə cəlb olunacaq mikro və kiçik sahibkarlar əsasən tekstil, xidmət, qida, aksesuar, kosmetika, oyuncaq və ev üçün əşyalar sektorunu əhatə edəcək. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi yaradılacaqdır.
Məlumat üçün nəzərinizə çatıraq ki, “Arşın mal alan” layihəsi silsiləvi xarakter daşıyır. Bundan əvvəl layihə 2022-ci ilin avqust ayında Bakı şəhərində və oktyabr ayında isə Astara şəhərində baş tutub.
Qeydiyyatdan keçmək üçün bura👈klik edin!
Ünvan: Bakı şəhəri, Dədə Qorqud parkı
Əlaqə: (994 51) 230 39 35
Digər xəbərlər

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası baş tutdu.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçirildi.
Xəbərlər
24 sentyabr 2023

Amsterdamda Beynəlxalq Tekstil Sərgisi
27-29 mart 2024-cü il tarixlərində Hollandiyanın paytaxtı Amsterdamda “BeynəlxalqAmsterdam Tekstil Sərgisi” həyata keçiriləcək. Qeyd edək ki, cari sahədə Azərbaycandan moda dizaynerlərinin, tekstil ixracatçılarının, geyim markaları və moda brendləri nümayəndələrinin iştirakı Kiçik və Orta Biznes Subyektləri və Klublarının təşkilatçılığı ilə həyata keçiriləcək.
Xəbərlər
11 sentyabr 2023

Azərbaycanda ilk dəfə “Turan Economic Forum” keçiriləcək
Forumun keçirilməsində əsas məqsəd Turan ölkələrinin biznes subyektləri, sahibkarları və iş adamları arasında ticarət əlaqələrini və kommersiya münasibətlərini inkişaf etdirmək, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Xəbərlər
24 avqust 2023