Paylaş
Amsterdamda Beynəlxalq Tekstil Sərgisi
11 sentyabr 2023
Xəbərlər
27-29 mart 2024-cü il tarixlərində Hollandiyanın paytaxtı Amsterdamda “BeynəlxalqAmsterdam Tekstil Sərgisi” həyata keçiriləcək.
Sərginin keçirilməsində əsas məqsəd dünyanın tekstil istehsalçılarını və ixracatçılarını bir araya gətirmək və bu istiqamətdə yeni əməkdaşlıqların qurulmasına təkan verməkdir. Beynəlxalq Amsterdam Tekstil Sərgisi, tekstil sənayesinin ən son inkişafını təqdimetməkvədünya miqyasında müstəqil alıcılarla təmas qurmaq üçün ideal bir platforma olaraq, dünyamiqyasında məşhur brendlər və mağazaların şəbəkəsi ilə görüşmək, yeni əməkdaşlıqimkanlarını müzakirə etmək və minlərlə trend məhsulunu kəşf etmək imkanı yaradacaqdır.
Sərgi ümumilikdə, 12 iştirakçı və 42 ziyarətçi ölkədən 10450 ziyarətçi ilə tekstil sənayesininən son yeniliklərinin paylaşılacağı böyük bir yarmarka olacaq. Sərginin əsas hədəf kütləsini parça, ayaqqabı, geyim, çanta, dəri, cins, düymə, naxış alətləri, tekstil boyama avadanlıqları, tikiş maşınları və.s istehsalçıları təşkil edir.
Qeyd edək ki, cari sahədə Azərbaycandan moda dizaynerlərinin, tekstil ixracatçılarının, geyim markaları və moda brendləri nümayəndələrinin iştirakı Kiçik və Orta Biznes Subyektləri və Klublarının təşkilatçılığı ilə həyata keçiriləcək.
Qeydiyyatdan keçmək üçün bura👈 klik edin!
Əlaqə üçün: (+994) 51 230 39 35
Ünvan: Hollandiya, Amsterdam (Rai Sərgi Mərkəzi)
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024