Paylaş
2-ci "Arşın Mal Alan" milli silsiləvi sərgi-satış yarmarkasına hazırlıq məqsədli görüş keçirildi.
12 oktyabr 2022
Xəbərlər
Şərqi Xəzər dənizli, qərbi zəngin meşəli Astarada “Arşın mal alan” havası duyulacaq.
Bu dəfə 2-ci “Arşın mal alan” milli silsiləvi sərgi-satış yarmarkası məhz bu dilbər guşədə baş tutacaq.
KOBSKA-da təşkilatçıların yarmarkaya hazırlıq məqsədli görüşü keçirildi. Görüşdə KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova yarmarka çərçivəsində bölgə sahibkarları ilə görüş keçiriləcəyini və sahibkarların təklif və problemləri ilə tanış olacaqlarını da vurğuladı. “Maricel Residenc”in təsisçisi Samir Əlizadə Astaranın ən səfalı yerində yerləşən otelin qonaqları qarşılamağa tam hazır olduğunu söylədi.
Qeyd edək ki, yarmarka 28 oktyabrda Astara bulvarında baş tutacaq. Tezliklə, yarmarkada iştirak edərək məhsullarını və xidmətlərini ziyarətçilərə təqdim etmək istəyən sahibkarlar üçün qeydiyyat linki : https://bit.ly/3EBZvXU
Digər xəbərlər

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası baş tutdu.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçirildi.
Xəbərlər
24 sentyabr 2023

Amsterdamda Beynəlxalq Tekstil Sərgisi
27-29 mart 2024-cü il tarixlərində Hollandiyanın paytaxtı Amsterdamda “BeynəlxalqAmsterdam Tekstil Sərgisi” həyata keçiriləcək. Qeyd edək ki, cari sahədə Azərbaycandan moda dizaynerlərinin, tekstil ixracatçılarının, geyim markaları və moda brendləri nümayəndələrinin iştirakı Kiçik və Orta Biznes Subyektləri və Klublarının təşkilatçılığı ilə həyata keçiriləcək.
Xəbərlər
11 sentyabr 2023

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası keçiriləcək.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçiriləcək.
Xəbərlər
30 avqust 2023