“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində AKİAB meşəsi salınıb.

   

23 dekabr tarixində “Yaşıl Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən gölü ətrafında ölkə sahibkarlarının iştirakı ilə AKİAB meşə zolağı salınıb.

AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi (DMA) və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı, AKİAB, Agro Platform və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) birgə təşkilatçılığı ilə baş tutan ağacəkmə kompaniyası çərçivəsində 3000-ə yaxın pavlovniya ağacı əkilib.

AKİAB rəhbəri Şirin Şərifovün sözlərinə görə sahibkarların dəstəyilə salınmış meşə zolağı ölkə başçısı cənab İlham Əliyevin doğum gününə həsr olunub.

Agro Paltform MMC-nin rəhbəri Elnur İslamovun sözlərinə görə isə “Yaşıl Azərbaycan” layihəsi növbəti illərdə də davam edəcək və daha çox sahibkarın, dövlət qurumlarının cəlb edilməsi ilə geniş meşə zolaqları salınacaqdır.

Qeyd edək ki, “Yaşıl Azərbaycan” layihəsinin əsas məqsədi dünyanın ən tez böyüyən pavlovniya ağacı ilə ölkənin yaşıllaşdırma faizini yüksəltmək, dövlət və özəl sektor əməkdaşlığını bu istiqamətdə inkişaf etdirərək ətraf mühitin mühafizəsinə xidmət etməkdir.