Paylaş
“Ticarət və İxracat Forumu-2022”
06 mart 2023
Forum
KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə “Ticarət və İxracat Forumu-2022” (TEF-2022) 30 noyabr 2022-ci il tarixində Baku Marriott Boulevard Hoteldə baş tutdu.
Əsas məqsədi yerli və xarici ixracatçıların yeni bazarlara giriş imkanlarının genişləndirilməsi olan forum çərçivəsində “ixracatda və idxalatda dövlətin funksiyası”, “xarici bazarlar və onlara çıxış imkanları”, “ixrac və idxal təcrübəsi və mövcud modellər” mövzularını əhatə edən 3 panel keçirildi.
Forumda “İxracatda və idxalatda dövlətin funksiyası” mövzusuna həsr olunmuş birinci paneldə KOBİA-nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahid Bağcı, AZPROMO-nun icraçı direktorunun müavini cənab Zöhrab Qədirov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev çıxış etdi. KOBSKA-nın sədri Nigar Ələsgərovanın moderatorluğu ilə baş tutan paneldə dövlət siyasəti, perspektivlər və imkanlar haqqında təqdimatlar dinlənildi, sahibkarların sualları cavablandırıldı.
“Xarici bazarlar və onlara çıxış imkanları“ mövzusunda baş tutan ikinci paneldə isə Çin Respublikasının Azərbaycandakı Səfirliyinin Müşaviri Ma Chi, Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin Müşaviri Mahamadjon Botraliev, (PAKAZCHAM) prezidenti Khurram Javaid Bhatti, Qırğızıstan Respublikasının Azərbaycandakı Ticarət palatasının rəhbəri Zəfər Məmmədov çıxış etdilər.
OBA Marketlər şəbəkəsinin İdarə Heyətinin üzvü Hikmət Əliyevin moderatorluğu ilə baş tutan “İxrac və idxal təcrübəsi və mövcud modellər” mövzusunda sonuncu panelinin müzakirəsində isə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin rəhbəri Qabil Əhmədov, “Novco” şirkətlər qrupunun rəhbəri Fərid Novruzi, “Horeca” MMC-nin həmtəsisçisi Könül Qaraşlı, İndart Holding – Azərbaycan İcraçı direktoru Rauf Rüstəmov, “STEM” Təhlil Mərkəzinin direktoru Orxan Yolçuyev öz təcrübələrini bölüşdülər.
Həmçinin tədbirdə KOB Subyektləri və Klublarının Assosiasiyası və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC arasında əməkdaşlıq memorandumu imzalandı.
Tədbirdə ümumilikdə müxtəlif sahədə fəaliyyət göstərən, ixracat və idxalatla məşğul olan 200-dən artıq sahibkar iştirak etdi. Qeyd edək ki, forum ənənəvi xarakter daşıyır və hər il keçirilməsi nəzərdə tutulub.
Digər fəaliyyətlər

"International Agro Business Forum 2023"
28 fevral 2023-cü il tarixində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum-2023" forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Forum
28 fevral 2023
“Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.
Sərgi
05 avqust 2022