Paylaş
“Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.
05 avqust 2022
Sərgi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.
İlk dəfədir keçirilən tədbirin məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
KOBSKA-nın idarə heyətinin sədri Nigar Ələsgərovanın sözlərinə görə yarmarkada 90 biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunur. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunub, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradılıb. Konsert proqramı ilə müşayət olunan yarmarkada uşaqlar üçün master klaslar və s. əyləncəli tədbirlər də təşkil olunub.
Tədbirin açılışında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkili Vüqar İskəndərov belə tədbirlərin, yerli məhsulların tanıdılmasında, KOB-ların satış imkanlarının genişlədirilməsində önəmi barədə fikirlərini bölüşüblər. Yarmarka avqustun 7-dək davam edəcəkdir. Tədbirin təşkilatçı tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası, informasiya dəstəkçiləri isə Xəzər Media Mərkəzi, “Trend” müstəqil informasiya agentliyi (trend.az) və big.az xəbər portalıdır.
Digər fəaliyyətlər

"International Agro Business Forum 2023"
28 fevral 2023-cü il tarixində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum-2023" forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Forum
28 fevral 2023
“Ticarət və İxracat Forumu-2022”
KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə “Ticarət və İxracat Forumu-2022” (TEF-2022) 30 noyabr 2022-ci il tarixində Baku Marriott Boulevard Hoteldə baş tutdu.
Forum
06 mart 2023