Paylaş
Kapital Bank
30 iyul 2024
Xəbərlər
Birbank Biznes bu dəfə “Maestro” tarifinin istifadəçisi olacaq biznes sahiblərini sevindirir. Belə ki, ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Maestro” tarifinə qoşulan müştərilər xüsusi hədiyyələr qazanmaq şansı əldə edəcək.
Bu fürsətdən yararlanmaq istəyən sahibkarlar “Maestro” paketi daxilində ən azı 2 fərqli əməliyyat dövriyyəsi almalı və dövriyyənin ümumi həcmi 500 AZN dən az olmamalıdır.
30 iyul-30 avqust 2024-cü il tarixləri ərzində “Maestro” tarifinə qoşulan və sözügedən şərtlərə cavab verən hər 25-ci biznes sahiblərinə Premium kartlar hədiyyə olunacaq. Ən yüksək dövriyyə alan 3 müştəri isə Kapital Bankdan qızıl hədiyyə qazanacaq.
Kampaniyadan yararlanmaq və ətraflı məlumat üçün: https://kbl.az/bbprmyk
Xatırlaq ki, Birbank Biznes-in əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən qənaətcil məhsulu “Maestro” biznes sahibləri üçün çox sərfəlidir. Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər. Maestro tarifinə qoşulan hər bir sahibkar standart tariflərlə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlana bilər.
Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.
Digər fəaliyyətlər
Arter.az
5-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi "Marsol" Arter şirkəti olaraq “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” və “Marsol Group” un birgə təşkilatçılığı Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” də öz stendimizlə öz xidmətlərimizi nümayiş edəcəyik.
Xəbərlər
18 iyun 2024
Odero.az
Odero Mərkəzi Bankdan lisenziya alan ilk ödəniş təşkilatı oldu. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən ödəniş təşkilatı, elektron pul təşkilatı və operator (Mərkəzi Bank istisna olmaqla) ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyəti bu Qanuna uyğun olaraq lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.
Xəbərlər
29 may 2024
Progress Garden
Qazonbiçən nədir? Çəmən biçən (həmçinin otbiçən, ot biçən və ya otbiçən kimi tanınır) ot səthini bərabər hündürlüyə kəsmək üçün bir və ya bir neçə fırlanan bıçaqdan (və ya çarxdan) istifadə edən bir cihazdır. Biçilmiş otların hündürlüyü biçən maşının dizaynı ilə müəyyən edilə bilər, lakin ümumiyyətlə operator tərəfindən tənzimlənir, adətən bir baş qolu və ya maşının hər bir təkərindəki mexanizm vasitəsilə müəyyən edilir.
Elanlar
20 may 2024