Paylaş
"International Agro Business Forum 2023"
28 fevral 2023
Forum
28 fevral 2023-cü il tarixində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum-2023" forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılmasıdır.
Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin müavin Elçin Zeynalov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Emin Hacıyev , FAO Azərbaycan Nümayəndəsinin köməkçisi Bariz Mehdiyev, KOB Subyekləri Və Klubların Assosiasiyasının sədri Nigar Ələsgərova və “Agro Tv Turkiyə &Azerbaijan” rəhbəri Doğan Başaran çıxış edərək ölkəmizdə aqrar sahənin geniş inkişaf imkanlarından, gələcək perspektivlərindən və iqtisadi gücün artırılmasındakı mühüm rolundan bəhs ediblər.
Azərbaycanın və eləcə də dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin, dövlət qurumlarından olan nümayəndələrin iştirakı ilə təşkil olunan 5 müxtəlif paneldə sektorun gündəmi müzakirə edilib, iştirakçıları maraqlandıran suallara cavablar verilib. IABF2023-ün panel müzakirələri zamanı 5 fərqli mövzuda Azərbaycanda və dünyada baş verən aqrar yeniliklər, ölkələr arası münasibətlər, xüsusi sahələrdə olan vəziyyətlərlə bağlı geniş müzakirələr keçirilib. Bu panel mövzularında öz bilik və təcrübələrini forum iştirakçıları ilə bölüşmək üçün 22 natiqimizi bir araya gətirdik.
Qeyd edək ki, Forumun sərgi hissəsində aqrar sahədə fəaliyyət göstərən 45-dən artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdiriblər. Tədbir zamanı intensiv B2B və B2C görüşlər də keçirilib. Onu da vurğulayaq ki, Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, , Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.
Digər fəaliyyətlər
“Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub.
Sərgi
05 avqust 2022
“Ticarət və İxracat Forumu-2022”
KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə “Ticarət və İxracat Forumu-2022” (TEF-2022) 30 noyabr 2022-ci il tarixində Baku Marriott Boulevard Hoteldə baş tutdu.
Forum
06 mart 2023