Xüsusi üzv
Mobil Group

Mobil Group

MOBIL GROUP gömrük təmsilçiliyi və beynəlxalq yük daşıma xidmətləri də daxil olmaqla müxtəlif sahələri özündə birləşdirən şirkətlər qrupudur. Davamlı olaraq xidmət diapazonunu genişləndirməkdə olan MOBİL GROUP özündə aid olduğu sektorun qabaqcıl şirkətlərini birləşdirir. Mobil Group fərqli sektorlarda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı ixtisaslı kadrların işlə təmin edilməsini də prioritet istiqaməti olaraq təyin etmişdir. Mobil Group 07.10.2022-ci il tarixindən KOBSKA-nın üzvüdür.

+994123779090 +994513339090

info@mobilgroup.az

Əhməd Rəcəbli, 27b

Digər üzvlər

ULUTURAN

Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq

"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC

"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.