Xüsusi üzv
İlğım

İlğım

18 Noyabr 1994-cü ildə "Əminlər" adı ilə fəaliyyətə başlayan şirkətdir. İlkin olaraq şirkət öz fəaliyyətinə öz brendi olan “Əmin Bazar” pərakəndə satış mağazasını açmaqla başlayıb. Zaman keçdikcə şirkət fəaliyyətini genişləndirdi və malların topdan satışı və avadanlıqları sahəsində inkişaf etdi. 2011-ci ildən etibarən “Əminlər” “İLĞİM” adı ilə kəllə qənd və digər bitkilərin istehsalı sahəsində fəaliyyətə başlamışdır. 2014-cü ildən etibarən Çexiya, Niderland, Hindistan, İndoneziya, Vyetnam, Rusiya, İran, Türkiyə kimi bir çox xarici ölkələrdən idxalı artıraraq, müxtəlif növ və və ceşiddə ədviyyatların, qənnadı və digər məhsulları qablaşdırır və istehsal etməkdədir. "Əminlər" hazırda bir çox brendlər, o cümlədən "İlğım", "Tala", "Nuş", "Milpak" və s. altında fəaliyyət göstərir. Şirkət 4000-dən çox satış nöqtəsində 1000-dən çox çeşiddə məhsul satışı həyata keçirir və “Əmin Bazar” adı altında 3 supermarket şəbəkəsini idarə edir. İstehsalat fabriki ISO.22000:2018 Qida Təhlükəsinin İdarə Edilməsi Sistemi və ISO.9001:2015 Keyfiyyət İdarəetmə Sistemi sertifikatlarına malikdir.

+994 77 404 40 44

ilgimspices@gmail.com

Vidadi küçəsi 8A, Sabirabad, Azerbaijan, AZ5400

Digər üzvlər

ULUTURAN

Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq

"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC

"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.