
Güvən Nəşriyyatı MMC
Güvən Nəşriyyatı 2014-cü ildən fəaliyyətə başlamışdır.Bu fəaliyyət dövrü ərzində bir çox nəşrlərin müəllifliyinə imza atmış nəşriyyat hal-hazırda Abituriyent, Təkmilləşdirmə və İbtidai seriyaları üzrə ümumilikdə 56 adda nəşrə sahibdir. Mütəmadi olaraq keçirdikləri aylıq sınaq imtahanları isə orta məktəb şagirdləri, xüsusən də abituriyentlər üçün əvəzedilməz köməkçi rolunu oynayır. İbtidai və təkmilləşdirmə seriyası üzrə bütün nəşrlər, həmçinin sınaq imtahanları orta məktəbin ən son nəşrləri əsasında tərtib edilir və şagirdlərin bilik səviyyəsini həm möhkəmləndirməyə, həm də ölçməyə yaxından kömək olur. Abituriyent hazırlığı üçün olan nəşrləri və sınaqları da keyfiyyəti ilə istər müəllimlər, istərsə də 9-11-ci sinif şagirdləri tərəfindən rəğbətlə qarşılanır və sevilərək istifadə edilir. Güvən Nəşriyyatı 07.09.2022-ci il tarixindən KOBSKA-nın üzvüdür.
Digər üzvlər

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.