Paylaş
Sahibkarlar "İstehsal et, təbiətə zərər vermə!" devizi altında birləşir
17 aprel 2023
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Abşeron Milli Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "İstehsal et, təbiətə zərər vermə!" devizi ilə mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçiriləcək.
28-30 aprel tarixlərində baş tutacaq sərgi-satış yarmarkasında 20-yə yaxın sahibkarın 100 çeşiddə məhsulu təqdim olunacaq. Eyni zamanda tədbirdə at və fayton gəzintisi, Şahdili turu, ustad dərsləri və digər əyləncəli proqramlar təşkil ediləcək.
Tədbir iştirakçıları səhər saat 11.00-dan 17.00-dək Şahdili mənzərəsi fonunda yarmarkada təqdim olunan məhsullardan bəhrələnmək, əyləncəli xidmətlərdən istifadə etmək, Abşeron Milli Parkını ödənişsiz ziyarət etmək imkanı qazanacaqlar.
Sərgi-satış yarmarkasının keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının prioritetlərindən olan ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafa nail olunması prinsiplərinə bir daha diqqət yönəltmək, “yaşıl iqtisadiyyat”, təbiətə həssaslıq, istehsal prosesində sıfır tullantı texnologiyalarının tətbiqi və s. kimi ideyaların təbliğidir.
Tədbir həmçinin dövlət-özəl sektor münasibətlərinin qarşılıqlı tərəfdaşlıq müstəvisində möhkəmlənməsi, Azərbaycanın milli parklarında təbiətə zərər vermədən turistlərə xidmət potensialının nümayişi və xidmət sferasına sahibkarlıq subyektlərinin cəlb edilməsini də özündə ehtiva edir.
Qeyd edək ki, hər həftənin şənbə və bazar günləri Abşeron Milli Parkına "Koroğlu metrosu-Abşeron Milli Parkı" marşrut xətti üzrə avtobus (saat 10:30 çıxış, 16:30 qayıdış) fəaliyyət göstərir. Yarmarkanı ziyarət etmək istəyənlər bu xidmətdən istifadə edə bilərlər.
Digər xəbərlər

Bakıda Özbəkistan Ticarət Evinin açılışı oldu
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov mərasimdə çıxış edərək Özbəkistan Ticarət Evinin fəaliyyətinə uğurlar arzu edib. Orxan Məmmədov çıxışında son 1 ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfərlərini qeyd edib. Həmçinin ölkələr arasında ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdırıb.
Xəbərlər
01 dekabr 2023

Azərbaycanlı və türkiyəli iş adamları arasında “İş dünyası-100 ilin zirvəsi 2” biznes forum-sərgisi keçirilib.
KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostlukİşbirliği ve Dayanışma Vakfı (TADİV) təşkilatçılığı ilə “İş dünyası-100 İlin Zirvəsi” adlı biznes forum-sərgi baş tutub. Layihə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və TürkiyəRespublikasının 100 illiyinə həsr olunub.
Xəbərlər
22 noyabr 2023
KOBSKA ilə Ankara Ticarət Odası arasında əməkdaşlıq haqqında memorandum imzalandı.
KOB Subyektlərinin və Klublarının Assosiasiyası (KOBSKA) və Ankara Ticarət Odası arasında ticarət və biznes münasibətlərinin inkişaf etdirilməsi istiqamətində memorandum imzalandı. Memorandumu KOBSKA sədri Nigar Ələsgərova və Ankara Ticarət Odasının idarə heyətinin sədri Gürsel Baran imzalayıb.
Xəbərlər
21 noyabr 2023