Paylaş
“Qadın gündəliyi’’ – Milli Dialoq Platformasının İctimai Təqdimatı keçirilib
07 mart 2023
Xəbərlər
7 mart, 2023 tarixində Azərbaycanda “Qadın Gündəliyi” – Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib.
Dövlət qurumları, diplomatik korpus, qadın və gender təşkilatları, hökumət rəsmiləri, beynəlxalq tərəfdaşlar, digər maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, qadın liderliyi və qadınların siyasi, iqtisadi, sosial, mədəni məsələlərdə qərarların qəbul edilməsi proseslərində təmsilçiliyi müzakirə edilib.
“Qadın Gündəliyi” – Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunmasında məqsəd 2023- cü ildə qadın hüquqlarını və bərabərliyini müdafiə edərək, Beynəlxalq Qadınlar Gününü qeyd etmək, çoxtərəfli dialoqu və bu siyasi prioritet məsələləri üzrə əməkdaşlığı asanlaşdıran “ Qadın Gündəliyi” Platformasının Milli Dialoq Prosesinə başlamaq, qadın vətəndaş cəmiyyəti təşkilatlarını, hökumət rəsmilərini, siyasətçiləri, maraqlı tərəfləri birgə fəaliyyətə çağırırış etmək üçün bir araya toplamaqdır.
Təqdimat zamanı FemACT Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Elm və Təhsil nazirinin müavini İdris İsayev, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri ilə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev çıxış ediblər.
Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld, Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko, Niderlandın Azərbaycandakı səfiri Pauline Eizame, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentson çıxış edib. Tədbir “Azərbaycanda Qadın Gündəliyinin əsas prioritetləri və tövsiyələri” mövzusu üzrə panel müzakirələrlə davam edib.
KOB Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova 2- ci paneldə “Qadın Gündəliyi” nin əsas prioritetləri və tövsiyələri mövzusunda çıxış edib.
Digər xəbərlər

KOBSKA APA Groupa mükafat təqdim edib
KOB Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) Bakıda keçirilən “İnternational Agro Business Forum– 2023” tədbirində göstərdiyi media dəstəyinə görə APA Groupa mükafat təqdim edib.
Xəbərlər
14 mart 2023

"İnternational Agro Business Forum-2023"keçirildi.
28 fevral 2023-cü il tarixində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum-2023" forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Xəbərlər
28 fevral 2023

KOBSKA – nın sədri CBC FM- ə qonaq oldu.
CBC FM-də qonaq olan KOBSKA-nın sədri Nigar Ələsgərova "Qardaş köməyi" platforması, "Beynəlxalq Aqro Biznes Forum-2023" və KOBSKA-nın gələcək planları haqqında məlumat verib.
Xəbərlər
22 fevral 2023