Paylaş

KOBSKA və APA arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

04 aprel 2023

Xəbərlər

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azəri-Press Agentliyi (APA) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumu KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova və APA MMC-nin Baş direktoru Vüsalə Mahirqızı imzalayıblar.
Memoranduma əsasən, tərəflər mikro və kiçik sahibkarlığın inkişafı istiqamətində əməkdaşlıq edəcək.
APA və KOBSKA müxtəlif layihələrin hazırlanması və icra edilməsi, mikro, kiçik və orta sahibkarlıq mövzusunda beynəlxalq və yerli tədbirlərdə iştirak, bu tipli tədbirlərin ölkədə təşkili və işıqlandırılması, müəyyən mövzular üzrə araşdırmaların aparılması və tətbiqinə dair təkliflərin hazırlanması, müxtəlif maarifləndirici fəaliyyətlərin təşkili və digər məsələlər üzrə birgə çalışacaqlar.
Nigar Ələsgərova mikro, kiçik və orta sahibkarlığın inkişafının və bu sahənin təşviqinin vacibliyini qeyd edib, bu işdə mətbuatının mühüm rol oynadığını vurğulayıb.
KOBSKA rəhbəri APA ilə əməkdaşlığın mikro, kiçik və orta sahibkarlığın daha da inkişafına yardım edəcəyinə inamını ifadə edib.
Vüsalə Mahirqızı öz növbəsində mikro, kiçik və orta sahibkarlığın inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, mətbuatın bu sahəyə daha böyük diqqət ayırmalı olduğunu bildirib. O, APA-nın indiyə qədər də sahibkarlığın inkişafına dair mövzulara daim diqqətlə yanaşdığını, bundan sonra da bu sahənin inkişafı üçün lazımı informasiya dəstəyi verməyə hazır olduğunu qeyd edib. Vüsalə Mahirqızı APA-KOBSKA əməkdaşlığının sahibkarlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
LKN_7263.JPG
LKN_7326.JPG
LKN_7293.JPG