Paylaş
Azərbaycanda ilk dəfə “Turan Economic Forum” keçiriləcək
24 avqust 2023
Xəbərlər
KOB Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq 7-8 dekabr tarixlərində, Bakı şəhərində “Turan Economic Forum” həyata keçiriləcək.
Forumun keçirilməsində əsas məqsəd Turan ölkələrinin biznes subyektləri, sahibkarları və iş adamları arasında ticarət əlaqələrini və kommersiya münasibətlərini inkişaf etdirmək, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Layihə müddətində dövlət rəsmilərinin çıxışı, 200-ə yaxın markanın təqdimatı, B2B görüşlərin və konfransın keçirilməsi, biznes əlaqələrinin qurulması və info turların təşkili planlaşdırılıb. Ölkəmizdən bir çox banklar, məşhur holdinglər, şirkətlər və ictimai birliklər kimi özəl qurumların və təşkilatların da iştirakı nəzərdə tutulub. Forumda Turan ölkələri ilə yanaşı (Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan) Səudiyyə Ərəbistan, Küveyt, İsrail, Qətər, Misir, Rusiya və Yaponiyadan investorların iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, forumun hər il fərqli Turan ölkəsində keçirilməsi planlaşdırılır. Növbəti “Turan Economic Forum” Türkiyə Cümhuriyyətində baş tutacaq.
Tədbirin təqdimatı ilə tanış olmaq üçün bura👈🏻 klik edin!
Qeydiyyatdan keçmək üçün bura👈🏻 klik edin!
Tədbirin keçiriləcəyi ünvan: Baku Marriott Boulevard Hotel Xaqani Rüstəmov küç, 4C Əlaqə: (+994) 051 230 39 35 / [email protected] Veb sayt: turanforum.az
Digər xəbərlər

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası baş tutdu.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçirildi.
Xəbərlər
24 sentyabr 2023

Amsterdamda Beynəlxalq Tekstil Sərgisi
27-29 mart 2024-cü il tarixlərində Hollandiyanın paytaxtı Amsterdamda “BeynəlxalqAmsterdam Tekstil Sərgisi” həyata keçiriləcək. Qeyd edək ki, cari sahədə Azərbaycandan moda dizaynerlərinin, tekstil ixracatçılarının, geyim markaları və moda brendləri nümayəndələrinin iştirakı Kiçik və Orta Biznes Subyektləri və Klublarının təşkilatçılığı ilə həyata keçiriləcək.
Xəbərlər
11 sentyabr 2023

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası keçiriləcək.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçiriləcək.
Xəbərlər
30 avqust 2023