KOBSKA üzvləri ilə 2022-ci ilin yekun görüşünü keçirdi.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova Assosiasiyanın  üzvləri ilə fərdi görüşərək KOBSKA-dan gözləntilərini öyrəndi. 2023-cü ilə nəzərdə tutulan yeni layihələri və planları müzakirə etdilər.  Həmçinin üzvlərin KOBSKA-nın vasitəsi və təşkilatçılığı ilə iştirak etdikləri sərgilərin, tədbirlərin, təlimlərin və seminarların faydalılıq dərəcəsi müəyyən edildi.  Onların təkliflərini, ehtiyaclarını və gözləntilərini nəzərə alaraq fəaliyyət istiqamətimizi genişləndirəcək və birgə yeni layihələrə imza atacağıq.

Sizinlə əməkdaşlığa şadıq!