KOBSKA USAID-in maliyyə dəstəyi ilə Mikro Sahibkarlar üçün “Coworking” mərkəzi təsis edib.

 

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası(KOBSKA), USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində USAID-in maliyyə dəstəyi ilə Mikro Sahibkarlar üçün “Coworking” Mərkəzi təsis edib. Mərkəzin təsis edilməsində əsas məqsəd mikro sahibkarlara ofis şəraiti yaradaraq fəaliyyətlərini dəstəkləməkdir.

3 ay davam edəcək proqram üzrə sahibkarlar Mərkəzdə ofis şəraiti, görüş otağı,  kompüter, printer, proyektor kimi texniki vasitələrdən istifadə etmə imkanı ilə təmin olunacaqlar.

Həmçinin Mərkəzdə sahibkarların biznes savadının və bacarıqlarının artırılması məqsədi ilə təcrübəli təlimçilər tərəfindən müxtəlif mövzuda təlimlərin keçirilməsi nəzərdə tutulub.

Layihənin imkanlarından istifadə etmək istəyən mikro sahibkarların qeydiyyatdan keçməsi mütləqdir.

Qeydiyyat linki: bit.ly/3tgGxza

Nəzərinizə çatdıraq ki, 15 dekabr son qeydiyyat günüdür.

Onu da qeyd edək ki, KOBSKA USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində “Qadınların Milli Biznes Gündəliyi” (QMBG) sənədinin hazırlanmasında İdarəetmə Komitəsinin üzvü kimi yaxından iştirak edib. Sənəddə qadınlar üçün əlverişli biznes mühitinin yaradılması və onların sahibkarlıq fəaliyyəti və məşğullaqda qarşılaşdığı maneələrin azaldılmasına dair konkret tövsiyə və həllər təklif olunub.